pomidor
pornoqrafik
OBASTAN VİKİ
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Pomidor
Pomidor (lat. Solanum lycopersicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılmışdır. Avropada XVI əsrin ortalarında meydana gəlmişdir. Rusiyada 1780-ci ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür: adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var. Yarpaqları təklələkvarı bölümlü, çiçəyi sarıdır.
Pomidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz == Hazırlanma qaydası == Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir. == Hazırlanması == Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir. == İstifadə == Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Pomidor turşusu
Pomidor turşusu - sirkəyə (turşuya) və duza qoyulmuş pomidor. Azərabycan mətbəxində geniş istifadə olunur. == Hazırlanma qaydası == Pomidor turşusu pomidor, duz, şəkər tozu, çətirli şüyüd, qara qarağat yarpağı, albalı yarpağı, xren kökü yaxud yarpağı, qara istiot və sudan hazırlanır. Yuyulmuş və saplaq tərəfdən deşilmiş zədəsiz, yetkin və böyüklükləri bənzər pomidorlardan hazırlanır. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Məhsul adi temperaturda, anbarda saxlanır.
Pomidor üsulu
Pomidor üsulu, 1990-ci illərin əvvəlində, Françesko Kirillo tərəfindən təklif olunan zamanın idarəolunması üsuludur. Bu üsul, tapşırığın, "pomidor" adlanan, qısa fasilərlə müşahidə olunan, 25 dəqiqəlik aralıqlara bolünməsini təklif edir. Hər intervalın və umümiyyətlə üsulun "pomidor" adlandırılması, Kirillonun tələbə olduğu vaxtlarda işlətdiyi pomidor formasında taymerin şərəfinə idi . == Əsas prinsiplər == Pomidor üsulü növbəti mərhələrdən ibarətdir: İcra edəcəyiniz tapşırığı müəyyən edin və alt tapşırıqlara bölün. Hər bir alt tapşırığa 25 dəqiqəlik ara (pomidor) ayrılır Taymeri 25 dəqiqəyə qoyun. Taymer zəng çalana qədər fikrinizi yayındırmadan işləyin. Fikrinizi yayındıran amilləri vərəqdə qeyd edin və işləməyə davam edin. Hər 25 dəqiqəlik ara sonlananda, pomidoru bitirdiyiniz haqqda qeyd aparın və qısa fasilə verin (3-5 dəqiqə), Hər 4-cü pomidordan sonra uzun fasilə verin (15-30 dəqiqə).Planlaşdırma, izləmə, qeyd etmə, emal etmə və görüntüləmə üsulun əsaslarını təşkil edir . Planlaşdırma mərhələsində tapşırıqlar, onları tapşırıq siyahısında qeyd etməklə prioritetləşdirilir. Bu, şəxsin tapşırıqları yerinə yetirmək üçün qoyduğu səyləri müəyyən etməyə kömək edir.
Ağcaqayın şirəsi
Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır. Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür. == Şirənin tərkibi == Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %).
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. == Sıxılmış nar şirəsi == Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Qreyfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur.Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Qreypfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur.Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. == Faydaları == Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Yerkökü şirəsi
Yerkökü şirəsi — yerköküdən hazırlanan şirə. İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funk-siyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var. Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hеmoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək еdir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət dеyil. Bеlə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul еdərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss еdə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1-1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək еdir.
Heinz pomidor ketçupu
Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir. 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir. Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur.Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co. ümumi qida və ya içki istehsalı şirkətləri arasında Kraft Foods, Coca-Cola və Nestlé- kimi şirkətlərdən daha yüksək nəticə göstərmişdir.
"Heinz" pomidor ketçupu
Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir. 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir. Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur.Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co. ümumi qida və ya içki istehsalı şirkətləri arasında Kraft Foods, Coca-Cola və Nestlé- kimi şirkətlərdən daha yüksək nəticə göstərmişdir.
большо́е литера́торство мураве́й неопали́мый тони́ческий уверте́ться а́мфора назу́бривать прейти́ провентили́ровать психо́ванный распласта́ться сама́нщица рубка appointive business agent refreshing Shakespearianism timber-yard unalterably witch-lock выдумывать просчитывать снижаться сопутствовать